Azərbaycan Türkiyə ilə ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması sahəsində əməkdaşlıq edəcək.
Bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi həyata keçirəcək.