Rusiyanın “Mosreçflot” gəmiçilik şirkəti Volqa, Xəzər və üç dəniz gəzintisini birləşdirən bir neçə kruiz marşrutu hazırlayıb.
12 gün davam edəcək marşrutlardan biri Moskvadan Volqa çayı boyunca Həştərxana, daha sonra Xəzər dənizi ilə Bakıya yan almağı nəzərdə tutulur
Digər kruiz Bakı ilə Soçi arasında (Xəzər dənizi – Volqa-Don – Azov dənizi – Qara dəniz) yaradıla bilər.
Bununla yanaşı, Türkiyəyə marşrutların açılması və beş dövlətə yan almaqla Xəzər dənizi boyunca dairəvi kruizin açılması imkanı da nəzərdən keçirilir. Lakin bunun üçün marşrutun Rusiya hissəsində (Mahaçqala və Dərbənd şəhərlərində) liman infrastrukturunun yaradılması tələb olunur.
Kruiz səyahətləri üçün 300 sərnişin tutumlu “Böyük Pyotr” gəmisinin istifadəsi nəzərdə tutulur. Dördgöyərtəli layner beşulduzlu hotelin tələblərinə uyğun olacaq.