2 C
Baku
Saturday, December 14, 2024

“Intel” çip istehsalçısı “GlobalFoundries”i 30 mlrd. dollara almaq üçün danışıqlar aparır

“Intel” şirkəti çip istehsalçısı “GlobalFoundries”i 30 milyard dollara almaq üçün danışıqlar aparır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, razılaşmanın nəticəsi hələ bəlli deyil, “GlobalFoundries” isə satış əvəzinə planlaşdırılmış IPO-ya davam edə bilər.

“GlobalFoundries” BƏƏ hökumətinin investisiya fondu olan “Mubadala Investment” şirkətinə məxsusdur. “The wall Street Journal”un mənbələrə istinadən verdiyi məlumata görə, “GlobalFoundries” özü böyük ehtimalla müzakirələrdə iştirak etmir.

“GlobalFoundries” 2008-ci ildə “AMD”nin prosessor şöbəsi əsasında yaradılıb. Hal-hazırda “AMD” onun ən böyük müştərilərindən biri sayılır. Təkcə 2021-ci ildə çip istehsalçısı ona 1.6 milyard dollarlıq çip tədarük edib. Mütəxəssislərin fikrincə, bu fakt satınalmanı çətinləşdirəcək.

“GlobalFoundries”in alışı “Intel” tarixindəki ən böyük satınalma olacaq. Ötən belə bir satınalma 2015-ci ildə 15.4 milyard dollarlıq “Altera” olub. Digər inkişafetdiricilər də çip istehsalçılarını alır. Məsələn, “Nvidia” şirkəti 40 milyard dollara “Arm”ı , “AMD” isə 35 milyard dollara “Xilinx”i əldə edib.

Son xəbərlər
Digər xəbərlər