BMT-nin keçmiş baş katibi Pan Gi Mun yenidən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Etika komissiyasının sədri vəzifəsinə seçilib.
TASS xəbər verir ki, seçki BOK-un Tokioda keçirilən 138-ci sessiyası çərçivəsində baş tutub.
Xatırladaq ki, Pan Gi Mun 2007-ci il yanvarın 1-dən 2016-cı il dekabrın 31-dək BMT-nin Baş katibi vəzifəsini tutub.