9 C
Baku
Friday, December 13, 2024

Paşinyan nazir müavinini işdən çıxardı

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan tutduğu vəzifədən azad edilib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icra edən Nikol Paşinyan sərəncam imzalayıb.

Bir müddət əvvəl Nikol Paşinyanın qərarı ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin olunub. O, faktiki olaraq müdafiə naziri vəzifəsini icra edəcək.

Xatırladaq ki, iyulun 20-də müdafiə naziri Vaqarşak Arutyunyan tutduğu vəzifədən azad olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər