Bu il iyulun 1-nə Gürcüstanın Azərbaycana borcu 4.85 milyon ABŞ dolları təşkil edib.
Banker.az xəbər verir ki, aylıq müqayisədə Gürcüstanın Azərbaycana borcu 204 min dollar azalıb.
Gürcüstanın xarici dövlət borcu isə iyunun sonuna 8.1 milyard dollara bərabər olub ki, bunun da 7.5 milyard dolları hökumətin payına düşüb.