Bu ilin birinci yarısında Azərbaycanda minik taksilərindən 47 min 290 nəfər istifadə edib ki, bu da illik müqayisədə 98% çoxdur.
Banker.az Dövlət Sttistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, ötən ilin ilk yarım illiyində taksi xidmətlərindən 23 min 887 min nəfər istifadə edib.
Bu dövrdə avtobuslarla 495 min 197 sərnişin daşınıb ki, bu da illik müqayisədə 17.5% azdır. 2020-ci ilin yanvar-iyun aylarında avtobus nəqliyyatı ilə 600 min 199 sərnişin daşınıb.