Moskvanın Şeremetyevo aeroportunun C terminalı bu gün fəaliyyətini bərpa edib, “Aeroflot” bütün beynəlxalq aviareysləri hazırkı D terminalından C terminalına köçürür.
“Prime”in verdiyi məlumata görə, 2017-ci ilin yazında C terminalı təmirı bağlanmışdı və demək olar ki, tamamilə yenidən quruldu, terminal 2020-ci ilin yanvarında yenidən açıldı, lakin mart ayında koronavirus pandemiyası səbəbindən trafikin azalması fonunda istismarı dayandırıldı.
Aviaşirkətin ilk uçuşunun 23 iyul tarixində Moskva-İstanbul aviareysi üzrə saat 21:25-də həyata keçirilməsi planlaşdırılır. Beynəlxalq uçuşların qalan hissəsi ertəsi gün, 24 iyul tarixinə köçürüləcək.