“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti “Heerim Architects & Planners Co.” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Çovdar” yatağının yeraltı (sulfid) mərhələsi ilə əlaqədar mühəndislik, təchizat və tikinti işlərinin idarə edilməsi üçün Layihə İdarəetmə üzrə məsləhət və nəzarət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 232 459 manatdır.
Heerim Architects & Planners Co şirkəti Cənubi Koreyada 1996-cı ildə təsis edilib. Şirkət, ABŞ, Azərbaycan və Vyetnam daxil olmaqla bazarlarda da fəaliyyət göstərir.







