“Bank VTB Azərbaycan” ASC bu ilin I yarımilliyini 986 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 10 milyon 980 min manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 12 milyon 439 min manat təşkil edib.
Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 205 milyon 576 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 9.7% çoxdur. Bunun 159 milyon 301 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 27% böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 14% artaraq 140 milyon 353 min manata, o cümlədən depozit portfeli 16.5% artaraq 87 milyon 753 min manata, kapitalı isə 2% artaraq 65 milyon 223 min manata çatıb.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.