17 C
Baku
Friday, May 3, 2024

“Instagram” 16 yaşınadək uşaqların hesablarını məxfi edəcək

“Instagram” sosial şəbəkəsi 16 yaşdan kiçik yeniyetmələrin yeni hesablarının avtomatik olaraq məxfi olacağını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bu o deməkdir ki, onların paylaşımları “maraqlıdır” bölməsində və həştəq ilə axtarış etdikdə görünməyəcək.

Xatırladaq ki, daha əvvəl “Instagram” bu funksiyanı yeniyetmələr arasında sınaqdan keçirib və onların əksəriyyətinin öz hesablarını məxfi saxlamağı seçdiyini müşahidə edib. Bununla yanaşı, reklamverənlərin yeniyetmələrə reklam göstərmək imkanı məhdudlaşdırılacaq. 2021-ci ilin mart ayının əvvəlində sosial şəbəkə yetkin istifadəçilərin onları izləməyən gənclərə mesaj yazmasını qadağan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər