“Günay Bank”ın 30.06.2021-ci il tarixinə işçilərinin sayı 259 nəfər olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
31.12.2020-ci il tarixinə isə “Günay Bank”da işçilərin sayı 262 nəfər təşkil edib ki, bu da yarımillikdə 3 nəfərin azalması deməkdir.
Ötən ilin eyni dövründə isə bankda işləyənlərin sayı 256 nəfər olub.
Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64.9 milyon manatdır.