“Rabitəbank” ASC-nin 2020-ci ilin 4-cü rübündə işçi sayı 846 nəfər olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin 3-cü rübündə isə işçilərinin sayı 817 nəfər olub ki, 29 nəfərin artması deməkdir.
2020-ci ilin 1-ci rübündə faktiki işçilərinin sayı 769, 2-ci rübdə isə 770 nəfər təşkil edib.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.