Naxçıvanda əsas kapitala bu ilin yanvar-iyun aylarında 564 milyon 609 min manat məbləğində vəsait yönəldilib.
Banker.az Naxçıvan Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.4%-dən çox vəsait yönəldilməsi deməkdir.
Bundan başqa Naxçıvanda 2021-ci ilin yanvar-iyun aylarında 572 milyon 248 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 94.8 faizi malların, 5.2 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92.8 faiz təşkil edib.