Uber ABŞ-də valideynlərə yeniyetmələrin səfərini canlı izləməyə imkan verən funksiya istifadəyə verib

Uber ABŞ-də yeniyetmələrin səfərləri üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verib. Bloomberg yazır ki, valideynlər və qəyyumlar Uber tətbiqi vasitəsilə avtomobildəki görüntüyə real vaxt rejimində qoşula biləcəklər.

Funksiya yalnız sürücünün əvvəlcədən buna razılıq verdiyi halda işləyəcək. Canlı yayım sürücünün smartfonunun ön kamerası vasitəsilə həyata keçiriləcək.

Şirkətin məlumatına görə, səfər başa çatdıqdan sonra video qeydi tərəflərdən heç biri üçün əlçatan olmayacaq. Valideyn canlı yayıma qoşulduqda həm yeniyetmə, həm də sürücü bu barədə bildiriş alacaq.

Yeni funksiya artıq ABŞ-nin bəzi şəhərlərində istifadəyə verilib. Uber bildirir ki, “yaxın həftələrdə” bu imkan ölkə üzrə bütün istifadəçilər üçün əlçatan olacaq.

Uber yeniyetmələr üçün xüsusi hesabları ABŞ-də 2023-cü ildə istifadəyə verib. Bu cür səfərlər üçün əlavə təhlükəsizlik tədbirləri nəzərdə tutulur. Məsələn, valideynlər səfər marşrutunu xəritədə real vaxt rejimində izləyə bilirlər.

Hazırda Uber-in yeniyetmələr üçün hesab xidməti 50-dən çox ölkədə mövcuddur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər