Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC, 2021-ci ilin yanvar-iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.
Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 6 ayında “MKT İstehsalat Kommersiya” tərəfindən 64.1 milyon dollarlıq məhsul ixrac edilib. “MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artıb. Şirkət 2020-ci ilin ilk 6 ayında 36.7 milyon dollarlıq məhsul ixrac etmişdi.