Türkiyədəki yanğınla mübarizə üçün Ukrayna iki təyyarə göndərib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter”də bildirib.
“Söz verdiyimiz kimi, geniş miqyaslı meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün ekipaj və dəstək qrupu ilə birlikdə 2 yanğınsöndürmə təyyarəsi bu gün Türkiyəyə uçdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi müraciətindən sonra təcrübəli mütəxəssislərimizdən türk yanğınsöndürənlərinə bu fəlakətin öhdəsindən gəlməsinə kömək etmələrini istədim”, – deyə Ukrayna Pezidenti bildirib.