10 C
Baku
Wednesday, December 11, 2024

“Square” ödəmə sistemi “Afterpay” hissəli ödəniş xidmətini 29 mlrd. dollara alır

Cek Dorsinin “Square” ödəmə şirkəti 29 milyard dollara Avstraliyanın “Afterpay” adlı hissəli ödəniş xidmətini alır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Avstraliya tarixində ən böyük müqavilənin 2022-ci ilin birinci rübündə bağlanması planlaşdırılır.

Verilən məlumata görə, səhmdarlar “Afterpay”ın bir səhmi qarşılığında 0.375 “Square” səhmini alacaqlar. “Square” müqavilə çərçivəsində Avstraliya Fond Birjasında (ASX) ikincil kütləvi yerləşdirmə həyata keçirəcək.

Xatırladaq ki, “Afterpay” fintex-startapı Avropa bazarında həm də “Clearpay” markası altında tanınır. Xidmət satıcılara malları hissəli ödənişlə satmağa imkan verir. “Square” bu funksiyanı ekvayrinq və “Cash App” tətbiqinə yeritməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər