“Silk Way Holdoning”in şirkətlərindən biri Mərkəzi Bank tərəfindən cərimələnir.
Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.
Silk Way Aviaşirkəti (“Silk Vey Vest Aviaşirkəti” MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 2 avqust 2021-ci il tarixdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə Tərlan Əkbərov hakim təyin edilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
“Silk Vey Vest Aviaşirkəti” MMC 2012-ci ildə yaradılıb. Aviaşirkətin 123.28 milyon manat nizamnamə kapitalına sahibdir.