9 C
Baku
Thursday, December 12, 2024

“Sony” şirkətinin builki xalis gəliri açıqlanıb

Yaponiyanın “Sony Group Corporation” transmilli şirkəti aprel-iyun aylarında (bu dövr şirkətin maliyyə ilinin I rübü sayılır) 213 115 mln. yen (1,953 mlrd. ABŞ dolları) həcmində xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni rübündə qeydə alınan göstərici ilə müqayisədə 4,4% çoxdur. Şirkətin əməliyyat gəliri 280 068 mln. yen (2,567 mlrd. dollar) təşkil edib ki, bu da illik müqayisədə 26,3% çoxdur.

I maliyyə rübündə “Sony” istehlakçılara satılan oyun və şəbəkə xidmətlərindən 602 158 mln. yen (5,519 mlrd. dollar), musiqi xidmətlərindən 252 222 mln. yen (2,312 mlrd. dollar), şəkil xidmətlərindən 204 378 mln. yen (1,873 mlrd. dollar), elektronika məhsullarının və həllərinın satışından isə 566 519 mln. yen (5,192 mlrd. dollar) gəlir əldə edib.

Qeyd edək ki, iyunun 30-na “Sony”nin cəmi aktivləri 28 269 689 mln. yen (259,101 mlrd. dollar), cəmi öhdəlikləri isə 21 320 679 mln. yen (195,411 mlrd. dollar) təşkil edib. Bu, aylıq müqayisədə 2,8% və 2,6% çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər