-1 C
Baku
Sunday, December 15, 2024

“Rolls-Royce” “Bergen Engines” zavodunu 63 mln. avroya satır

“Rolls-Royce” şirkəti “Bergen Engines” adlı mühərrik istehsalı zavodunu 63 milyon avroya “Langley” konserninə satır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Verilən məlumata görə, konsern müqavilə çərçivəsində dizel və qaz mühərrikləri istehsalı zavodu, xidmət emalatxanası, o cümlədən dünyanın yeddi ölkəsində fəaliyyət göstərən xidmət mərkəzləri şəbəkəsini əldə etmir olur.

“Rolls-Royce” satış müqaviləsi barədə Norveç hökumətinə artıq məlumat verib. Müqavilənin 31 dekabr 2021-ci ildə bağlanması planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər Norveç donanması mühərrikləri “Bergen Engines” zavodundan alıb. Fevral ayında “TMX” və “Rolls-Royce” zavodun satışı ilə bağlı 150 milyon avroluq müqavilə bağlamaq istəsə də, Norveç hökuməti milli təhlükəsizliyə görə müqaviləyə xitam verib.

Son xəbərlər
Digər xəbərlər