“Robinhood” onlayn-brokerinin qurucuları Vlad Tenevin sərvəti 557 milyon dollar, Baycu Bhattın sərvəti isə 627 milyon dollar artıb.
Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.
“Forbes” jurnalının verdiyi məlumata görə, hal-hazırda Tenevin varidatı 2.9 milyard dollar, Bhattın isə 3.3 milyard dollar təşkil edir.
Bu, çərşənbə axşamı günü “Robinhood” səhmlərinin 24% bahalaşaraq rekord 46.80 dollar qiymətə çatması fonundan baş verib. Qeyd edək ki, birjaya çıxandan sonra onlayn-brokerin kapitallaşması 29 milyard dollar, səhmlərin bahalaşmasından sonra isə 39 milyard dollar təşkil edib.
“Forbes USA” səhmlərin artmasına təsir göstərən səbəblərdən biri kimi pərakəndə investorların marağını göstərir. Digər bir səbəb “Mad Money” proqramının aparıcısı Cim Kreymerin “Robinhood” səhmlərini almağı tövsiyə etməsidir.