“Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Olimpiadasının təşkili üçün bir neçə bankdan 800 milyon ABŞ dolları məbləğində kredit cəlb edib”.
Bunu mətbuat konfransında çıxışı zamanı BOK prezidenti Tomas Bax bildirib.
Daha əvvəl “Wall Street Journal” Olimpiadanın 25 milyard ABŞ dollarına başa gəldiyini və bu baxımdan onun ən bahalı olimpidalardan biri olduğunu yazmışdı. Belə ki, 2012-ci ildə təşkil edilmiş London Olimpiya Oyunlarına, təxminən, 14 milyard ABŞ dolları xərc çəkilmişdi. Təkcə oyunların bir il təxirə salınması 2,8 milyard ABŞ dollarına başa gəlib.
“BOK üçün oyunları ləğv etmək daha asan olardı, çünki bu halda sığorta ödənişlərinə ümid edə bilərdik. Lakin sığortaya güvənməmək qərarına gəldik. Əksinə, idmançıların iştirakını təmin etmək üçün daha çox vəsait xərclədik. Bunun üçün müxtəlif banklardan 800 milyon ABŞ dolları məbləğində kredit götürməli olduq”, – T.Bax deyib.