Avropada təbii qazın qiyməti bir kubmetr üçün 540 dolları keçib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi Rusiyanın “Qazprom” şirkətinin Yamal-Nenetsk dairəsindəki baş vermiş yanğın olub.
ICE birjasında TTF indeksi üzrə qaz fyuçersin qiyməti 13:00-da 1000 kVt / saat üçün 44.65 avroya çatıb. Hal-hazırda qiymət 44.2 avro təşkil edir.
Bildirildiyi kimi, hadisə cümə gecəsi Urenqoy zavodunda baş verib. Yanğın nəticəsində neft və qaz kondensat qarışığının təchizatı müvəqqəti olaraq dayandırılıb, xəsarət alan olmayıb.