16 C
Baku
Saturday, November 2, 2024

Yoluxmaların artması xəbəri nefti $70-dən aşağı saldı

ABŞ dollarının bahalaşması və pandemiyanın Asiya ölkələrində yenidən gərginlik yaratması ilə yanacağa olan super tələbin azalması ehtimalı ilə neftin qiymətləri ucuzlaşmağa başlayıb. 2021-ci ilin iyulun 1-dən bu tərəfə ilk dəfə Brentin qiyməti 70 dollar/bareldən aşağı düşüb.

Banker.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 1.26 dollar, yaxud 1.78% ucuzlaşma ilə 69.44 dollara düşüb.

Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin bir barreli 1.29 dollar, yaxud 1.89% ucuzlaşmaqla 66.99 dollara düşüb.

ABŞ dollarının  6 əsas valyuta qarşısındakı indeksi isə 93 bəndə çatıb.

COVID-19 virusunun start götürdüyü Çində yenidən yoluxma dalğaları ilə bağlı xəbərlər yayılıb. Məsələn, bu günk açıqlanan göstəricilərdə 125 yeni yoluxma qeydə alınmışdır. Malayziya və Tailandda gündəlik yoluxma sayının 20 mindən yuxarıda müşahidə edilməkdədir.

Son xəbərlər
Digər xəbərlər