Sabahdan Gürcüstanda 5-dən çox insanın toplaşdığı açıq məkanlarda tibbi maskadan istifadə məcburi olacaq
Müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib. Bildirilib ki, qərarın qəbul edilməsinə səbəb ölkədə epidemioloji vəziyyətin pisləməsidir.
Bundan başqa ölkə ərazisində toyların və digər kütləvi şənliklərin keçirilməsinə nəzarət gücləndiriləcək. Qayda pozuntusuna yol vermiş obyektlər 10 min lari (5510 manat) cərimə olunacaq, eyni müəssisə təkrar qanun pozuntusuna yol verdikdə isə fəaliyyəti dayandırılacaq.
Müvafiq qərarla açıq və qapalı məkanlarda gecə klublarının fəaliyyəti də qadağan edilib, qida iaşə obyektlərinin fəaliyyəti isə 00:00-dan 05:00-dək məhdudlaşdırılacaq.