“Samsung Electronics”in rəhbəri və vitse-prezidenti Lee Jae Young şərti olaraq vaxtından əvvəl azadlığa buraxılacaq.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, o, 30 aylıq cəzasının 18 ayını çəkib.
Cənubi Koreyanın Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, Lee Jae Young avqustun 13-ü sərbəst buraxılacaq. O, Qurtuluş Günü şərəfinə azadlığa buraxılacaq məhbuslar siyahısına daxil edilib.
Xatırladaq ki, məhkəmə “Samsung Group”un rəhbərini 2017-ci ilin fevralında həbs edib. Prokurorluğun məlumatına görə, Lee Jae Young 2015-ci ildə Cənubi Koreyanın keçmiş prezidentinin dostuna rüşvət olaraq 43.3 milyard von (təxminən 38 milyon dollar) verməkdə günahlandırılıb.
2017-ci ilin avqustunda Lee Jae Young rüşvət verməkdə günahkar bilinərək 5 il həbs cəzasına məhkum edilib. 2019-cu ildə bu işə yenidən baxılıb və 2021-ci ilin yanvarında Lee Jae Young 2.5 illik həbs edilib.