16 C
Baku
Saturday, November 2, 2024

Avropa qiymətlərin artması səbəbindən enerji şoku ilə üzləşib

Təbii qaz və elektrik enerjisinin qiymətləri bütün Avropada artaraq, bəzi ölkələrdə rekord göstəricilərə çatıb. Mütəxəssislərin fikrincə, bunun səbəbi müəssisələrin yenidən açılması və işçilərin ofislərə qayıtması olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məsələn, Almaniyada elektrik enerjisinin topdansatış qiyməti bu il 60%-dən çox artıb ki, nəticədə “Frau Honig” kafesinin sahibi qəhvədən tutmuş un məmulatlarına qədər hər şeyin qiymətini qaldırmalı olub.

06a4f81d a5e8 42c6 9c4b 06e33e64270d

“Kafemizin bu qədər uzun müddət ərzində bağlı olmasından sonra elektrik enerjisinin bahalaşması ikiqat zərbə olub. Biz sadəcə xərcləri müştərilərin boynuna qoymalıyıq”, – deyə kafe sahibi söyləyib.

Qeyd edək ki, qlobal iqtisadiyyat pandemiyadan çıxdıqca inflyasiya qorxuları artır və bütün dünyada elektrik enerjisinin qiymətləri yüksəlir.

Son xəbərlər
Digər xəbərlər