9 C
Baku
Friday, December 13, 2024

Qazaxıstanda uşaqlar və hamilə qadınlara “Pfizer” peyvəndi vurulacaq

Qazaxıstan uşaqları və hamilə qadınları koronavirusa qarşı peyvənd etmək üçün “Pfizer”dən istifadə etməyi planlaşdırır.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri məlumat verib.

Qazaxıstan prezidenti iyulun 10-da keçirilən hökumət iclasında Nazirlər Kabinetinə “Pfizer” peyvəndlərinin tədarükünü və bu preparatın ölkəyə ən qısa müddətdə gətirilməsini təmin etməyi tapşırıb. Bildirildiyi kimi, Qazaxıstan valideynlərin razılığı ilə 12 yaşdan yuxarı uşaqlar üçün “Pfizer” peyvəndindən istifadə imkanlarını nəzərdən keçirəcək.

“İlkin mərhələdə “Pfizer” yalnız uşaqlar və hamilə qadınlar üçün əlçatan olacaq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, pandemiya başlayandan Qazaxıstanda 649 mindən çox insan koronavirusa yoluxub, onlardan 7 mini dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər