Ekspert Vüqar Bayramov Banker.az portalına verdiyi proqnozlara əsasən, Mərkəzi Bankın manatın məzənnəsinin dəyişməsi haqqında verdiyi qərardan sonra kredit götürən vətəndaşların manatla ödənişlərində artımlar müşahidə olunacaq.
Əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə indi 500 dollar aylıq ödəniş edən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə təbii ki, çətinlik yaradacaq. Ödəmə qabiliyyəti demək olar ki, zəif olduğu üçün həmin vəsaitin cəriməsi ilə bağlı müəyyən çətinliklərin olacağı istisna edilmir.
Ona görə Biz Mərkəzi Banka təklif etmişik ki, dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edilsin, yəni Mərkəzi Bank Kommersiya banklarına müraciət etsin ki, dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılsın və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması təmin edilsin. Əks halda yəni bu hal reallaşmasa, dollarla kredit ödəyən vətəndaşların bir qismi kredit ödənişlərini ödəməkdə çətinlik çəkəcək və təbii ki, bu da yuvanmalara səbəb olacaq. Bu isə kredit ödənişində yuvanmalara səbəb olduğu üçün problemli kreditlərin həddinin artması ilə yanaşı kommersiya banklarına kredit borcu olan vətəndaşların sayının artmasına da səbəb olacaq.
Həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlerinin həcminin artmasının qarşısı alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və kommersiya banklarına, məhz həmin şəxslər üçün faizlərdə güzəştlərin və daha yüngül şərtlərin tətbiq edilməsi üçün tövsiyyə xarakterli məktub göndərilməsinə ehtiyac var.
Çox təəssüf ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur və manatın məzənnəsini bazar tənzimləmir. Mərkəzi Bankın müəyyənlərdirdiyi rəsmi valyuta kursuna uyğun olaraq isə valyuta dəyişmə məntəqələrində manatın məzənnəsi müəyyənləşir. O baxımdan nəzərə alsaq ki, hal hazırda Mərkəzi Bankın açıqlamaları ilə manatın məzənnəsi haqqında verdiyi qərar haqqında xeyli fərqlər var. Yəni, Mərkəzi Bank yumşaq devalvasiyanın olacağı və il ərzində təxminən 12- 15%-ə yaxın məzənnə azalmasının olacağını planlaşdırırdı. Amma reallıqda yumşaq deyil kəskin devalvasiya oldu. Bu ilin sonunadək deyil qısa zamanda həyata keçdi və təbii ki bu manatın məzənnəsindəki azalmalar 15% deyil 34%-dən ibarət oldu. O baxımdan təəssüf ki, manatın məzənnəsi bazar tərəfindən müəyyənləşmədiyi üçün nəinki 3 ay ərzində hətta növbəti 3 gün ərzində belə proqnoz vermək mümkün deyil.