“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialılı 60 nəfəri işçi heyyətinə qatıb.
Banker.az xəbər verir ki, bu barədə Naxçıvan İqtisdiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Naxçıvanda xalça sənətinin qorunmasına dair Dövlət Proqramı” təsdiq olunub. Proqramın icrasından gözlənilən nəticələrdən biri xalçaçılıq sahəsində məşğulluğun artırılmasıdır.
Qeyd edək ki, Naxçıvanda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı bu ilin may ayında istifadəyə verilib.