Ləğv prosesində olan ASC Standard Insurance Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 24 avqust 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Bu barədə LPO ASC Standard Insurance Sığorta Şirkətinin ləğvetmə komissiyası bildirib.
Hərraca çıxarılan predmetin satış qiyməti: 1 750 000 (bir milyon yeddi yüz əlli min) manatdır. Hərracda iştirak üçün ilkin satış qiymətinin 1 %-i, yəni 17.500 (on yeddi min beş yüz) manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
| Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Satış qiyməti
AZN |
Beh
AZN |
| Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 1 750 000 | 17 500 |
| Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | |||
| Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | |||
| Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.





