15 C
Baku
Saturday, November 8, 2025

Sahəsində “ən böyüyü” olan şirkətin kapitalı üçqat böyüdülərək ₼357 milyona qaldırıldı

Azərbaycanın ən böyük pambıqçılıq şirkəti  “MKT İstehsalat Kommersiya” MMC-nin kapitalı üç dəfəyə yaxın böyüdülüb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Şirkətin nizamnamə kapitalı 228 994 800 manat, yaxud 2.8 dəfə (178.%) böyüdülüb.

Beləliklə, ölkənin ən böyük pambıq istehsalçısının nizamnamə kapitalı 357 263 923 manata çatdırılmışdır.

“MKT İstehsalat Kommersiya” Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Şirkətin xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

Rayonlarda yerləşən pambıq emalı , qəbul məntəqəsi və innovasiya filiallarından başqa “MKT İstehsalat Kommersiya”nın Bakı şəhəri ərazisində xam pambıq mahlıcından iplik istehsal edən Bakı İplik Fabriki və Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən Şirvan Yağ emalı zavodu da fəaliyyət göstərməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər