2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 327.2 manat olmuşdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 20.9 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 176.6 manatlıq ərzaq məhsulları (2020-ci ilin bu dövründə: 162.8 manat) , içkilər və tütün məmulatları, 150.6 manatlıq qeyri-ərzaq malları (2020: 142.5 manat) almışdır.
Bu da o deməkdir ki, bu il əhalinin ərzağa ortastatistik xərcləri 13.8 manat, yaxud 8.5% çox olmuşdur.
| 2021-ci ilin
yanvar-iyul ayları, milyon manat |
Ümumi yekunda xüsusi çəkisi, faizlə | 2021-ci ilin yanvar-iyul ayları
2020-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə |
|
| Pərakəndə ticarət
dövriyyəsi |
22 931.1 | 100.0 | 102.6 |
| o cümlədən:
ərzaq məhsulları |
11 176.2 | 48.7 | 102.5 |
| içkilər və tütün məmulatları | 1 203.2 | 5,3 | 100.7 |
| qeyri-ərzaq malları | 10 551.7 | 46.0 | 102.8 |






