10 C
Baku
Friday, December 13, 2024

Ekspertlər neftin bahalaşmasının səbəbini açıqladılar

Dünya üzrə neft qiymətləri 27 fevral tarixində keçirilən hərracda Avropaya qaz nəqlində yaranan axsamalar fonunda bahalaşmağa davam etmişdir. Bu haqda məlumatı isə Bloomberg agentliyi vermişdir. 13:28-də Şimali Amerikanın neft markası Brent-in 1 barreli 2,43%-dən 61,39 dollara yüksəlmişdir. Bununla yanaşı, digər Amerika neft makası olan WTI-nin 1 barelinin qiyməti 2,24% yüksəlmiş və 49,25 dollar olmuşdur.

Analitiklərin bildirdiyinə görə, neft kotirovkaları investorların rus neftinin Avropaya nəql edilməsində yaranan problemlərlə bağlı ehtiyat etmələrindən artır. Əvvəllər, Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edərək bildirmişdi ki, əvvəlcədən ödəniş olmadan Ukraynaya qaz nəql edilməyəcək ki, bu da öz növbəsində Avropa ölkələrinə təhlükə yaradır.

Son xəbərlər
Digər xəbərlər