10 C
Baku
Wednesday, December 11, 2024

42 min yeni nəsil kassa aparatı, 8 milyard manata yaxın dövriyyə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Banker.az xəbər verir ki, İndiyədək ölkə ərazisində 42.964 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,26 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər