6 C
Baku
Sunday, December 15, 2024

74 milyon manatlıq istehsal olunub, əhali alışına 1 mlrd. manat xərcləyib

Ölkə əhalisi bu ilin yanvar-iyul ayları ərzində pərakəndə ticarət şəbəkəsində mebellərə 1 milyard 193 milyon manat xərcləyib.

Banker.az rəsmi statistik gösəricilərə istinadən xəbər verir ki, mebellerin alşında illik müqayisədə 1% artım var.

Ölkədə isə mebel istehsalı 17.4% azalıb. Belə ki, bu ilin 7 ayında 74 milyon manatlıq mebel istehsal olunub. Azərbaycan ölkədə mebel istehsalını azaldıb, xaricdən alışı isə artıb. Qeyd olunan dövrdə ölkəyə 52 milyon 538 min ABŞ dolları (89 milyon 315 min manat)  dəyərində mebel idxal olunub. Bu da, ötən il idxal olunmuş mebeldən 25.04% çoxdur.

 

 

Son xəbərlər
Digər xəbərlər