9 C
Baku
Thursday, December 12, 2024

DİN karantin qaydalarına riayət etməklə bağlı vətəndaşlara çağırış edib

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Qaydalar qüvvədə saxlanılır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq.

“Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəştə getməməliyik”, – deyə DİN rəsmisi vurğulayıb.

E. Hacıyev dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər