“Çinar-AN” Mənzil Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Çinar-AN” MTK-nın vergi borcu 3 102 809 manatdır.
Qeyd edək ki, bu MTK 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 600 manatdır və qanuni təmsilçisi Gülməmməd Abbasovdur.