6 C
Baku
Sunday, December 15, 2024

Naxçıvan iqtisadiyyatı artıb

Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603 milyon 721 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə  muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 3 471,3 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər