“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də rezidentlər tərəfindən yeni layihələrə əlavə olaraq 12 milyon manat investisiyanın qoyulması nəzərdə tutulur.
Banker.az xəbər verir ki, bu barədə Sənaye Parkının direktoru Elşad Nuriyev məlumat verib. O, həmçinin bildirib ki,Sənaye Parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan 2-si artıq fəaliyyət göstərir.