“Xəzər İnşaat Qrupu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Xəzər İnşaat Qrupu” MMC-nin vergi borcu 5 209 299 manatdır.
Qeyd edək ki, bu MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İlham Rzayevdir.