7 C
Baku
Thursday, December 12, 2024

“Kalbertson imarəti”-nin sirri

İndiana ştatı, Nyu-Olbanidə yerləşən Kalbertson imarəti – dəhşətli tarixçəyə malik bir evdir. 1888-ci ilin bir payız gecəsində evə düşən ildırım nəticəsində  yanğın baş verir və imarətdə olan hər kəs həlak olur. Bu hadisədən uzun illər keçdikdən sonra belə, heç kəs bu evdə yaşamağa cürət etmirdi. İnsanların iddiasına əsasən ev lənətlənib və orada hələ də yanğında həlak olmuş insanların ruhları yaşayır.

Lənətlənmiş ev 1933-cü ilə qədər, həkim Harold Vebb-in onu almasına qədər boş qalır. Həkim bura öz ailəsi ilə birgə köçmüşdü və burada çoxsaylı xəstələri ilə məşğul olurdu.

Bir müddət keçdikdən sonra həkimlərin uşaqları onların otağına divardan keçərək gələn qaranlıq bir adam haqqında danışmağa başlayır. İmarətin daxilində qəribə səslər eşidilirdi. Döşəmənin altından sürüklənən zəncirlər, qışqırıq səsləri  və üfunətli qoxu yayılırdı. Həkim Vebb və həyat yoldaşı ilk başda uşaqların danışdıqlarını adi uşaq təsəvvürü hesab etsələr də, evin altından gələn səs və qoxunu özləri də inkar edə bilmirdilər. Vebb ailəsinə onu yuxarda gözləmələrini əmr edir və evin altında nələrin baş verdiyini yoxlamaq üçün zirzəmiyə enir. O geri döndükdə isə zirzəmidə qeyri-adi heç nəyin olmadığını deyir. Lakin uşaqlar gecə gələn “qonaq” haqqında danışmağa davam edirdilər, səs və qoxu isə çəkilmək bilmirdi.

Zamanla həkimin xəstələri azalmağa başladığından həkim əsəbi və qəddar birinə çevrilmişdi. Son nəticədə isə onun biznesi iflas edir, çünki xəstələrin demək olar ki, böyük bir hissəsi onun yanına gəlməkdən imtina edir.

1934-cü ildə çox az sayda olan xəstələrdən biri təyin edilmiş vaxtda həkimin evinə gəlir və qapının bağlı olduğunu görür. O polis çağırır. Polislər qapını sındırır və bu zaman onların qarşısında dəhşətli bir mənzərə canlanır. Evə ölü cəsədlər səpələnmişdi. Vebbin bütün ailəsi qəddarlıqla qətlə yetirilmişdi. Evin tədqiq edilməsi daha dəhşətli bir sirrin üstünü açır. Belə ki, evin zirzəmisində çoxlu sayda gizli tunel və gizli otaq var idi. Belə məlum olur ki, həkim bu gizli otaqlarda öz “itkin düşmüş” xəstələrini qətlə yetirmiş və onlar üzərində dəhşətli eksperimentlər aparmışdır.

İstintaq başa çatdıqdan sonra ev möhürlənmiş və atılmış olaraq qalmışdır və yalnız 1987-ci ildə qorxulu atrraksion olaraq açılır. Turistlər buranı mistik məkan olaraq ziyarət edirlər. Hətta indi belə imarətin işçi heyəti binada baş verən qəribə hadisələr barədə danışır, bəziləri isə burada işləməkdən imtina edirlər.

Son xəbərlər
Digər xəbərlər