ABŞ milyarderlərinin sərvəti koronavirus pandemiyası dövründə 1.8 trilyon dollar artaraq 4.8 trilyon dollara çatıb.
Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “Institute for Policy Studies” təşkilatı məlumat verib.
Araşdırmada mütəxəssislər 18 mart 2020-ci il və 17 avqust 2021-ci il ərzində ABŞ-ın ən varlı insanlarının maliyyə vəziyyəti ilə bağlı məlumatları müqayisə ediblər. Hesabat dövründə ən çox İlon Mask sərvətini artırıb – 612.8% (+150.8 milyard dollar).
İlk beşliyə həmçinin daxil olublar:
Ceff Bezos (“Amazon”, +75 milyard dollar);
Mark Çukerberq (“Facebook”, +74.2 milyard dollar);
Larri Peyc (“Google”, +66.5 milyard dollar);
Serqey Brin (“Google”, +64.3 milyard dollar).
Bununla yanaşı, analitiklər böhran dövründə 86 milyondan çox amerikalının işsiz qaldığını qeyd ediblər. Ölkədə təxminən 38 milyon insan koronavirusa yoluxub, onlardan 625 min insan ölüb.