AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Azcosmetics Group” MMC Azərbaycan məhsulu olan saç boyaları istehsal edəcək.
Banker.az xəbər verir ki, şirkət tərəfindən müvafiq istehsalın təşkili nəticəsində, ilk növbədə, ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısı alınacaq, digər ölkələrdən gətirilən və böyük vəsait tələb edən məhsullarla müqayisədə üç dəfəyədək sərfəli qiymətə olacaq.
Şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və dəriyə digər qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır.