Avqust ayı ərzində “Akkord”un törəmə müəssisinin rəhbəri yenidən dəyişib.
Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, “Akkord Mərmər Qranit” MMC-nin avqustda yeni təyin edilmiş direktoru Səid Qardaşov Vahid oğlu istefa verib.
Onun yerinə İsmayıl Mənsimov Yusif oğlu təyin edilib.
Səid Qadaşova qədər isə bu vəzifədə Müşviq İbadov Mirzəxan oğlu idi.
Qeyd edək ki, “Akkord Mərmər Qranit” 2014-cü ilin oktyabrında yaradılıb və 17 500 manat nizamnamə kapitalına sahibdir.