9 C
Baku
Thursday, December 12, 2024

Banklardan MKR -ə göndərilən sorğular azaldı

Banker.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 1 fevral tarixində Mərkəzləşdirilmiş Kredit Reyestrinə yanvar ayında göndərilən sorğular azalıb.

Belə ki, 1 fevral tarixində MKR-ə 33 882 sorğu göndərilib. Bu ötən ay ilə müqayisədə 7 833 ədəd azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sorğularda 138 444 ədəd artım olub.

AMB-nin məlumatına əsasən, daha çox sorğu bank və qeyri-bank kredit təşkilatlarına aiddir (322 947). Banklar tərəfindən göndərilən sorğular isə 13 674 ədəd azalıb.

Bu ay reyestrdə kreditlər üzrə 1 083 605 zamin barədə məlumat alınıb.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ildə yaradılıb. Burda fiziki və hüquqi şəxslərin kredit məlumatları toplanır. MKR 2009-cu ildən yeni formatda işləyir .

Son xəbərlər
Digər xəbərlər