10 C
Baku
Thursday, November 14, 2024

“BMW” avtomobilləri təkrar emal olunmuş materiallardan istehsal edəcək

“BMW” markası karbon qazı tullantılarını azaltmaq üçün iddialı bir plan təqdim edib və önümüzdəki 10 il ərzində 10 milyon elektrikli avtomobil istehsal edəcəyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, “BMW Group”un istixana qazı tullantılarının azaldılmasına yönəlmiş siyasəti “yaşıl enerji” konsepsiyasından kənara çıxır. Məsələn, şirkət təkrar emal problemlərinə xüsusi diqqət yetirir.

“BMW”nin çox iddialı hədəfləri var: 2030-cu ilə qədər avtomobil istehsalçısı karbon qazı tullantılarını iki dəfə azaltmağı planlaşdırır, 2050-ci ilə qədər bu göstəricinin 50%-ə çatması gözlənilir.

Bu plan “Secondary First” konsepsiyasına uyğun gəlir. Bu konsepsiyaya əsasən, “BMW” markası ilk növbədə təkrar emal olunmuş plastikdən istifadə edəcək. Bununla yanaşı, brend yeni materiallardan istifadə etmək imkanlarını nəzərdən keçirir. Məsələn, Meksikanın “Adriano di Marti” startapı ilə birlikdə şirkət biopoliuretan əsasında hazırlanmış süni dərini təkmilləşdirir.

Tamamilə təkrar olunmuş materiallardan hazırlanmış “BMW i Vision Circular” avtomobili Münhendə təqdim ediləcək və 2040-cı ildə lüks avtomobillərini təmsil edəcək.

Son xəbərlər
Digər xəbərlər