Təxminlərə əsasən Edvard Mordreyk XIX əsr İngiltərə zadəgan ailəsinin nəslindən idi. Əfsanələrə görə onun başının arxasında əlavə qadın sifəti var idi və bu sima yemək və danışmaq imkanından məhrum idi. O yalnızca gülmək və ağlamağı bacarırdı.
Bu bədbəxt insan həkimlərə yalvararaq onun ikinci simasından xilas etməyi istəyirdi. Belə ki, onun ikinci siması gecələr ona dəhşətli şeylər pıçıldayırdı. Lakin heç bir həkim belə bir əməliyyatı həyata keçirməyə razı olmurdu. Edvard 23 yaşı olduqda özünəqəsd törədir.
Onun bütün dostları onun haqqında yaxşı fikirlər səsləndirirdi. Dostlarının dediyinə görə o, Allaha böyük sevgi bəsləyir və müxtəlif musiqi alətlərində ifa etməyi bacarırdı.
Edvardı tanıyan insanlar iddia edirdilər ki, onun çox gözəl siması var idi, lakin öndən. Arxadakı sima isə sanki qəddarlığa bürünmüşdü və kifayət qədər eybəcər idi.
Bu patologiya “Craniophagus Parasiticus” adlanır. Bu eyni bədəndə iki siam əkizlərinin kəlləsinin birləşməsi halında baş verirdi. O insanlardan özünü təcrid etmişdi və hətta ailə üzvlərinin belə onu ziyarət etməsindən imtina etmişdi.
Şahidlərin sözlərinə görə bu ikinci sima heç zaman qida qəbul etməyib və bir söz işlətmədiiy halda, yalnızca emosiyalar ifadə edirdi. Lakin heç kəsin bu ikinci simadan bir söz belə eşitmədiyi bir zamanda Edvard gecələr onun nə isə pıçıldamaq səsinə oyandığına and içirdi.
Edvard özünə qəsd etdikdən sonra yaxınları onun yazdığı məktubu aşkar edirdi. Edvard yazdığı məktubda ölümündən sonra, basdırılmadan öncə onu bu “şeytani sima”dan xilas etmələrini xahiş edirdi.
Onun digər bir tələbi də yerinə yetirilir: o boş ərazidə dəfn edilir və məzarının üzərində başdaşı qoyulmur. Həkimlərin isə öz vədinə əməl edib-etməmələri məlum deyil.