®Rabitəbankın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi lotereyanın ilk tirajı yekunlaşıb.
Avqustun 1-i başladılmış “Rabita Mobile ilə ödə və qazan” stimullaşdırıcı lotereyanın ilk tirajı yekunlaşdı. 2 sentyabrda bankın rəsmi Feysbuk səhifəsində canlı yayım zamanı ilk tirajın 6 qalibi seçildi. Qaliblərin siyahısı ilə tanış olun:
Niyazi Qasımov – iPhone 12 qalibi
Hikmət Əlizadə – Samsung Note20 qalibi
Fərid Hüseynov – Apple Watch series 6 qalibi
Səidə Məmmədova – Apple Watch series 6 qalibi
Emin Nəzərov – Airpods Pro qalibi
Sara Qəyyurzadə – Airpods Pro qalibi
Xatırladaq ki, lotereyada iştirak etmək üçün mütləq Rabita Mobile tətbiqinin istifadəçisi olmaq lazımdır. İştirak hüququ qazandıran ödəniş növləri isə aşağıdakılardır:
- Tətbiqdə “Rabitəbank”a məxsus və ya digər bank kartları ilə 50 AZN dəyərində kredit ödənişi həyata keçirmək
- Tətbiqdə mövcud hesaba digər bank kartı ilə 50 AZN mədaxil etmək
İkinci tirajın tarixi 4 oktyabrdır. Hər tirajda seçiləcək 6 qalib iPhone 12, Samsung Note 20, 2 ədəd AirPods Pro, 2 ədəd Apple watch 6 hədiyyələrindən birinə sahib olacaqlar.
Siz də “Rabita Mobile” ilə ödəyin və qazanın! “Rabita Mobile” tətbiqini həm APP Store, həm də Play Marketdən yükləyə bilərsiniz – http://rbt.az/rbm.
Ətraflı məlumat üçün www.rabitabank.com saytını ziyarət edə və ya 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.